31.03.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı kitabxana filialı 31.03.2022-ci il tarixində 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Erməni terrorunun izləri ” başlığı altında Gəncə şəhər Mehdi Mehdizadə adına 4 saylı tam orta məktəbin müəllim və şagird kollektivi ilə birlikdə anım günü keçirdi.Tədbiri 4 saylı məktəbin direktoru Əliağa Səfərəliev açıq elan etdi və 31 Mart Azərbaycanlıların soyqırımı ilə əlaqədar ”Unudulmaz qan yaddaşımız” başlığı altında çıxış etdi. Daha sonra 1 saylı kitabxananın müdiri Məlikova Züleyxa “Erməni terrorunun izləri” başlığı altında öz fikirlərini söylədi.Gəncə şəhər 4 saylı məktəbin Uşaq Birliyinin Rəhbəri Məmmədova Səadət “Unutmadıq, unutmarıq” başlığı altında, 4 saylı tam orta məktəbin Azərbaycan dili müəllimi Pənahova Gülmira “Soyqırım insanlığa qarşı amansız cinayətdir”, 4 saylı məktəbin ədəbiyyat müəllimi Məmmədova Fəridə “Talan olan millətim”, 4 saylı məktəbin tarix müəllimi İmamquluyeva Firuzə” Azərbaycan tarixinin qan yaddaşı” başlığı altında çıxışlar etdilər. 1 saylı kitabxananın fəal oxucuları Elnur Səfərlinin “31 Mart soyqırımının ildönümü”, Əliyev Rəsulun “Unudulmaz Faciəmiz” adlı çıxışları dinlənildi. Daha sonra 4 saylı məktəbin dil-ədəbiyyat müəllimi Mirsaquliyeva Aytən “Erməni vəhşiliyi ” başlığı altında çıxış etdi.Tədbirdə 1saylı kitabxananın təşkil etdiyi “Erməni terrorunun izləri” adlı sərgi təşkil edilmişdi.Sərgi ilə iştirakçıları 1saylı kitabxananın müdiri Məlikova Züleyxa tanış etdi. Təbirin sonunda 1 saylı kitabxananın fəal oxucusu Zülqədərova Aidə 31 mart-Azərbaycanlıların soyqırımı haqqında film nümayiş etdirdi. Azərbaycan xalqı erməni vandalları tərəfindən törədilən bu vəhşilikləri heçvaxt yaddan çıxartmayacaq.